EN

Azərbaycanda qoyun otaran kişini ildırım vuraraq öldürdü

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

 

Hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

 

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

 

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 24 May 2026, 23:20   
Chosen
118
6
pravda.az

10Sources