EN

“Torreense”dən 109 illik tarixə düşən kubok VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Futbol üzrə Portuqaliya Kubokunda mövsümün ən böyük sensasiyalarından biri yaşanıb.

İdman.Biz xəbər verir ki, Portuqaliyanın ikinci liqa təmsilçisi “Torreense” finalda “Sportinq”i 2:1 hesabı ilə məğlub edərək ölkə kubokunu qazanıb. Qarşılaşma Lissabondakı “Estadio Nacional do Jamor” stadionunda keçirilib.

“Torreense” oyuna sürətli başlayıb və dördüncü dəqiqədə Kevin Zohinin qolu ilə hesabı açıb. “Sportinq” 54-cü dəqiqədə Luis Xavyer Suaresin qolu ilə tarazlığı bərpa edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtda həlledici zərbəni “Torreense” vurub. 113-cü dəqiqədə Stopira penaltini dəqiq yerinə yetirib və komandasına tarixi qələbə qazandırıb. “Sportinq” 109-cu dəqiqədə Maksimiliano Arauxonun qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Bu nəticə “Torreense” üçün tarixi uğur sayılır. Belə ki, klubun 109 illik tarixində ilk böyük tituldur. Klub daha əvvəl Portuqaliya Kubokunun finalında yalnız 1956-cı ildə çıxış edib və həmin vaxt “Portu”ya məğlub olub. Bu dəfə isə Torres Vedras təmsilçisi 70 ildən sonra finala qayıdışını kubokla tamamlayıb.

“Torreense”nin ev oyunlarını keçirdiyi “Estadio Manuel Marques” stadionu cəmi 2431 tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, Portuqaliya Kubokunun qalibi növbəti mövsüm UEFA Avropa Liqasında iştirak hüququ qazanır. “Torreense” bununla yanaşı, elitaya yüksəlmək üçün pley-off mübarizəsini də davam etdirir. Komanda “Kaşa Pia” ilə cavab oyununa çıxacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
icma.az

1Sources