ain.az bildirir, 525.az portalına istinadən.
Borno ştatında Nigeriya ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində "Boko Haram" və "İslam dövləti" terror qruplaşmalarının girov götürdüyü 92 mülki şəxs azad edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 52 kişi, 33-ü qadın, 7-i isə uşaqdır.
Ştatda patrul xidməti zamanı terror qruplaşmaların hərəkəti qeydə alınıb və onların izinə düşülüb. Atışma zamanı qruplaşmalar artıq yük olmasın deyə, girovları buraxıblar. Onlar həmçinin, 8 oğurlanmış avtomobili də qoyub qaçıblar.
Qeyd edək ki, əməliyyat zamanı ordu nə canlı, nə də texnika baxımından itki verməyib. Azad olunanlara tibbi yardım göstərilib və Damatara şəhərinə təhlükəsiz əraziyə aparılıb.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.