EN

KİV: Aİ Aleksandr Stubbu Rusiya ilə danışıqlar üçün namizəd kimi nəzərdən keçirir

Avropa İttifaqı Finlandiya Prezidenti Aleksandr Stubbu Rusiya ilə mümkün danışıqlar üçün nümayəndə kimi nəzərdən keçirir.

Bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa hazırda Ukrayna münaqişəsinin dayandırılması üçün Rusiya ilə yüksək səviyyəli siyasi danışıqlara başlamağa ciddi şəkildə hazırlaşır.

Məqalədə qeyd olunur ki, Stubbin adı potensial sülh danışıqları üçün nümayəndə axtarışında fəal şəkildə müzakirə edilir.

Bununla belə, prosesin hələ ilkin mərhələdə olduğu və yekun qərarın verilmədiyi vurğulanır.

Chosen
59
1
apa.az

2Sources