EN

Antibiotiklər artıq təsir etmir: 2050 ci ilə qədər 39 milyon insan ölə bilər

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakteriyaların antibiotiklərə davamlılığı (AMR) qlobal səhiyyə və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən birinə çevrilir.

Bizimyol.info xəbər verir ki, "Euronews"un verdiyi məlumata görə, "Shionogi Europe" şirkətinin Fransa nümayəndəliyinin rəhbəri Estelle Fruçet yeni antimikrob preparatların təcili hazırlanmadığı halda ölüm hallarının kəskin artacağı barədə xəbərdarlıq edib.

Mütəxəssislərin fikrincə, antibiotiklərin illərlə nəzarətsiz istifadəsi mikroorqanizmlərin mutasiyaya uğramasına və standart müalicəyə cavab verməməsinə səbəb olub.

"European Centre for Disease Prevention and Control"un məlumatına görə, yalnız Avropa İttifaqında hər il 35 mindən çox insan antibiotiklərə davamlı infeksiyalar səbəbindən ölür. Dünyada isə bu göstərici ildə 1,3 milyon nəfərə çatır.

Problemin iqtisadi təsiri də artır. Hazırda antibiotiklərə davamlılıq Avropaya ildə təxminən 12 milyard avroya başa gəlir.

"The Lancet" isə xəbər verir ki, 2050-ci ilə qədər davamlı bakteriya ştammlarının yaratdığı infeksiyalar dünyada 39 milyon insanın ölümünə səbəb ola bilər. Proqnozlara görə, səhiyyə xərcləri ildə əlavə 412 milyard dollar artacaq, qlobal iqtisadiyyat isə məhsuldarlığın azalması səbəbindən 443 milyard dollar itirəcək.

Ekspertlər bildirirlər ki, əsas problem əczaçılıq şirkətlərinin yeni antibiotiklərin hazırlanmasına maraq göstərməməsidir. Bir preparatın hazırlanması təxminən 1 milyard avro tələb edir və 10-15 il çəkir. Layihələrin 95 faizi isə uğursuz olur.

Problemin həlli üçün Böyük Britaniyada yeni maliyyə modeli sınaqdan keçirilir. Bu sistemə görə, dərman şirkətləri satış həcmindən asılı olmayaraq preparatlara çıxış üçün sabit ödəniş alırlar. Bunun antibiotik bazarını stimullaşdıracağı gözlənilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
icma.az

1Sources