EN

KİV: ABŞ-İran sazişi Tehranın zənginləşdirilmiş urandan imtinasını nəzərdə tutur

BAKI, 25 may. TELEQRAF

ABŞ və İran arasında hazırlanan ilkin razılaşma Tehranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, saziş layihəsinə əsasən İran heç vaxt nüvə silahı hazırlamayacağını təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyasına razılıq verəcək.

Nəşr yazır ki, bunun həyata keçirilməsi mexanizmi qarşıdakı iki ay ərzində razılaşdırılacaq.

İran rəsmisi qəzetə bildirib ki, tərəflərin üzərində işlədiyi memorandumda həmçinin Tehranın Hörmüz boğazını açması və ABŞ tərəfindən İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvi də yer alır.

Bundan başqa, Vaşinqtonun İrana qarşı dəniz blokadasını dayandırmasının nəzərdə tutulduğu qeyd olunub.

Məqalədə vurğulanır ki, ABŞ və İran hələlik heç bir sənəd imzalamayıb və Tehran yekun razılığını verməyib.

İranlı mənbə əlavə edib ki, memorandum nüvə məsələsi üzrə konkret razılaşmaları deyil, yalnız gələcəkdə bu mövzuların müzakirəsinə dair öhdəliyi əhatə edir.

ABŞ Prezidenti Donald Tramp mayın 23-də İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını açıqlamışdı.

Chosen
36
teleqraf.com

1Sources