EN

Keçmiş məcburi köçkün: Qürur hissi ilə övladlarımızla birlikdə rayonumuza qayıdırıq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 may, AZƏRTAC

Təəssüratlarımızı bölüşməkdə çətinlik çəkirik. Çünki biz doğma vətənimizə, öz torpağımıza qayıdırıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Şəlalə Quliyeva söyləyib.

Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə və doğma yurdlarına qayıtmalarına göstərilən imkana görə Prezidentə təşəkkür edib.

"Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Məhz onların qəhrəmanlığı və qanı bahasına bu torpaqlara yenidən qovuşuruq.

Biz uşaq yaşlarımızda buradan köçmüşdük. Sonra başqa yerdə böyüdük, yaşadıq, ailə qurduq. Bu gün isə böyük qürur hissi keçiririk ki, övladlarımızla birlikdə öz rayonumuza, öz vətənimizə qayıdırıq", - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
4
azertag.az

5Sources