EN

TEHRAN DONDURULMUŞ AKTİVLƏRİN BİR HİSSƏSİNİN AZAD EDİLMƏSİNİ TƏLƏB EDİR » AzadMedia.az

TEHRAN


İran ABŞ-la aparılan danışıqlarda ilkin mərhələdə ölkənin dondurulmuş aktivlərinin müəyyən hissəsinin azad edilməsini əsas şərt kimi irəli sürüb. Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, məlumatlı mənbə bildirib ki, Tehran vasitəçilər üzərindən Vaşinqtona açıq şəkildə çatdırıb: dondurulmuş aktivlərin bir hissəsi azad edilmədən və qalan vəsaitlərin mərhələli şəkildə geri qaytarılmasına təminat verən mexanizm təqdim olunmadan heç bir razılaşma mümkün olmayacaq.

Mənbənin sözlərinə görə, bu mövqe Pakistan vasitəçilərinə və danışıqlarda iştirak edən bir sıra regional ölkələrə də çatdırılıb.

Həmçinin qeyd olunub ki, ABŞ tərəfi hazırda razılaşmanın bəzi maddələrinin icrasına, xüsusilə İranın dondurulmuş aktivlərinin azad olunması məsələsinə maneələr yaratmaqda davam edir.

Chosen
24
1
azadmedia.az

2Sources