EN

SON DƏQİQƏ! Vuçiç istefa verə bilər

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç siyasi karyerasının başa çatmaq üzrə olduğunu bildirərək yaxın vaxtlarda istefa verə biləcəyini açıqlayıb. Bizim.Media xəbər verir ki, bu barədə N1 telekanalı məlumat yayıb.“Bəlkə də yaxın vaxtlarda istefa verəcəyəm”, – deyə Vuçiç bildirib.Serbiya lideri qeyd edib ki, vaxtilə sabiq prezident Boris Tadiç kimi prezidentlik müddətini süni şəkildə qısaltmaq niyyətində deyil:“Ya istefa verirsən, ya da səlahiyyət müddətinin sonuna qədər prezident olaraq qalırsan”.Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 31 may 2017-ci ildə Serbiya prezidenti seçilib. O, 2022-ci ilin aprelində yenidən prezident seçilib və ikinci səlahiyyət müddəti həmin ilin mayında başlayıb. Hazırkı prezidentlik müddəti 31 may 2027-ci ildə başa çatmalıdır.Serbiya Konstitusiyasına əsasən, bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Prezidentin səlahiyyət müddəti beş ildir və andiçmə mərasimindən sonra qüvvəyə minir.Xatırladaq ki, Serbiya prezidenti hələ 2023-cü ildə də zərurət yaranacağı təqdirdə istefaya hazır olduğunu demişdi.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
17
bizim.media

10Sources