EN

"Brent" neftinin qiyməti 97 dollara endi - YENİLƏNDİ

BAKI, 25 may. TELEQRAF

Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri 97.77 dollara bərabər olub.

Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 5.57% azalıb.

WTI xam neftinin fyuçerslərinin qiyməti isə 5.79% azalaraq barel üçün 91 dollara bərabər olub.

*** 04.05

Londonun ICE birjasında 2026-cı ilin iyul ayı üzrə Brent markalı neft fyuçerslərinin qiyməti mayın 11-dən bəri ilk dəfə 99 dollardan aşağı enib.

Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 4,58 faiz ucuzlaşaraq bir barel üçün 98,80 dollar olub.

Chosen
11
teleqraf.com

1Sources