EN

“Qızıl buts”un sahibi bəlli oldu

“Qızıl buts” mükafatı 2025/26 mövsümünün yekunlarına əsasən “Bayern”in hücumçusu Harri Keynə veriləcək.

Publika.az xəbər verir ki, 32 yaşlı ingiltərəli futbolçu Bundesliqada keçirdiyi 31 matçda 36 qol vuraraq 72 xal toplayıb və reytinqdə birinci olub.

İkinci yeri “Mançester Siti”nin forvardı Erlinq Holand tutub. Norveçli hücumçu Premyer Liqada 27 qolla 54 xal toplayıb. İlk üçlüyü isə “Real”ın hücumçusu Kilian Mbappe tamamlayıb. Fransalı futbolçu La Liqada 25 qola imza ataraq 50 xal qazanıb.

Bu, Harri Keynin karyerasında ikinci “Qızıl buts” olacaq. O, “Bayern”dəki debüt – 2023/24 mövsümündə də Bundesliqada 36 qol vuraraq bu mükafata layiq görülmüşdü.

Chosen
31
publika.az

1Sources