EN

Karateçilərimiz Avropa çempionatında 9 medal qazanıblar

Azərbaycan Karate Federasiyasından Ajans.az-a bildirilib ki, mayın 20-24-də keçirilən yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb. Avropa çempionatı Azərbaycan karateçiləri üçün uğurlarla yadda qalıb. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq, WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb. Digər təmsilçimiz İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal əldə edib.

Parakarate üzrə çıxış edən idmançılarımız - Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları olublar.

Chosen
11
9
Ajans.az

10Sources