Hindistanın Maharaştra ştatında pələngin bir qrup qadına hücum etməsi faciə ilə nəticələnib. Hadisə Çandrapur dairəsində baş verib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, 13 nəfərdən ibarət qadın qrupu meşədə yarpaq toplayarkən vəhşi heyvanın hücumuna məruz qalıb. Nəticədə 4 qadın hadisə yerində həyatını itirib. Digər 9 nəfər isə qaçaraq xilas olmağı bacarıb.
Şahidlərin sözlərinə görə, sağ qalan qadınlar kömək çağıraraq meşədən çıxıblar. Hadisədən sonra əraziyə xilasedicilər və yerli təhlükəsizlik qüvvələri cəlb olunub.
Hücumun baş verdiyi bölgə Hindistanda pələnglərin sıx yaşadığı ərazilərdən biri hesab olunur. Son illər insanlarla vəhşi heyvanlar arasında toqquşmaların artdığı bildirilir.
//Gülnarə Abasova, Editor.az