BAKI, 25 may. TELEQRAF
İtaliya A Seriyasının 2025/2026 mövsümünün son qarşılaşması qalmaqallı hadisələrlə yadda qalıb.
Teleqraf xəbər verir ki, Turində keçirilməsi planlaşdırılan "Torino" – "Yuventus" (2:2) matçından əvvəl hər iki komandanın azarkeşləri stadion yaxınlığındakı San Qabriele meydanında toqquşub.
Tribunada yaşanan qarşıdurma zamanı bir azarkeşin ağır yaralandığı bildirilib.
Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunsa da, gərginliyi tam nəzarət altına almaq mümkün olmayıb. İtaliya polisi insidentlə bağlı 8 “Yuventus” azarkeşini saxlayıb.
Matç təhlükəsizlik səbəbindən təxminən 1 saat 5 dəqiqə gec başlayıb.