EN

Premyer Liqanın bombardiri oldu

İngiltərənin "Mançester Siti" futbol komandasının hücumçusu Erlinq Holand 2025/2026 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri olub...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki, norveçli futbolçu çempionatda 35 matçda 27 qol vuraraq bombardirlər yarışını birinci pillədə başa vurub.

Siyahıda ikinci yeri "Brentford"un futbolçusu İqor Tiaqo tutub. O, 38 oyunda 22 dəfə fərqlənib. İlk üçlüyü isə "Mançester Siti"nin digər futbolçusu Antuan Semenyo tamamlayıb. Onun aktivində 37 görüşdə 17 qol var.

Mövsümün yekununda İngiltərə çempionu adını "Arsenal" qazanıb. London təmsilçisi 38 turdan sonra 85 xal toplayıb. "Mançester Siti" 78 xalla ikinci, "Mançester Yunayted" 71 xalla üçüncü, "Aston Villa" isə 65 xalla dördüncü pillədə qərarlaşıb.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources