EN

Si Trampa əsəbiləşdi: Bu məsələ sammitdə gərginlik yaratdı

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla keçirilən sammit zamanı Yaponiya ilə bağlı müzakirələrdə səs tonunu yüksəldib.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti görüşün gedişindən məlumatlı mənbələrə istinadən yazıb.

Bildirilib ki, Yaponiyanın baş naziri Sanae Takaitinin müdafiə xərclərini artırmaq planı müzakirə olunarkən Si Cinpin daha sərt və əsəbi danışmağa başlayıb.

“Si Cinpin Yaponiya barədə danışarkən səsini yüksəltdi və daha aqressiv görünürdü”, - deyə nəşr qeyd edib.

Çin liderinin bu reaksiyası ABŞ tərəfini təəccübləndirib. Çünki Yaponiya mövzusu əvvəldən danışıqların əsas gündəliyində olmayıb.

Chosen
5
publika.az

1Sources