EN

Bakıda “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək

1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.

APA-Economics” xəbər verir ki, sərgiyə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.

Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edəcəklər. Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi”, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası, “Aznur Logistics”, “GLT Transport”, “Heritus Logistics”, “Sara Logistics”, “Yüktaksisi.az MMC”, Çindən “CHANGSHA TRANSASIA TRANSPORT INTERNATIONAL LOGISTICS CO., LTD” və digər şirkətlər tərəfindən təmsil olunacaq. Sərgidə həmçinin dünya miqyasında nəqliyyat və logistika sahəsinin lider şirkətlərindən biri olan “Mediterranean Shipping Company” (MSC) də iştirak edəcək. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da tədbirdə iştirak edəcək.

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının (FFAA) həmtəşkilatçısı olduğu Forumda yerli məruzəçilərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Litvadan olan xarici spikerlər də çıxış edəcəklər.

Chosen
58
3
apa.az

4Sources