EN

Almanya, ölkəsinə qayıdan suriyalılara 8 min auro verir

Yazını böyüt
Yazını kiçilt

Almaniya suriyalı qaçqınların ölkələrinə qayıtması üçün yeni iqtisadi dəstək paketi hazırlamağı planlaşdırır. Alman xəbər jurnalı “Focus”un hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan paket, könüllü olaraq ölkələrinə qayıdan suriyalılara 8000 avro verilməsini nəzərdə tutur.

Hafta.az yazır ki, Almaniyanı könüllü olaraq tərk edən suriyalılar hazırda orta hesabla 1000 avro dəstək alırlar. Lakin, hazırkı geri dönüş təşviqi yüksək inzibati xərclər yaradır, çünki məbləğ hər bir şəxs üçün ayrıca hesablanır.

Əksinə, üzərində işlənilən paketdəki 8000 avroluq dəstəyin sabit saxlanılması planlaşdırılır.

Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin (BAMF) rəhbəri Hans-Ekhard Sommer də ötən həftə “Der Spiegel”də dərc olunan müsahibəsində suriyalıların ölkələrinə qayıtma prosesini sürətləndirmək üçün maliyyə dəstəyinin artırılmasına çağırıb.

Hessen əyalətinin daxili işlər naziri Roman Posek bu ödənişlərin uzunmüddətli perspektivdə sərfəli olacağını iddia edib. Əks halda, o bildirib ki, Almaniya hökuməti ölkədəki suriyalıların mənzil təminatına daha çox pul xərcləməli olacaq. Kansler Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokrat Birliyinin (CDU) üzvü Posek bildirib ki, məqsəd "suriyalılara ölkələrində yeni bir başlanğıc təklif etmək və dövlətin yükünü yüngülləşdirmək"dir.

Digər tərəfdən, müxalifət təşviqlərin artırılması planına sərt reaksiya verib. Yaşıllar Partiyasından Maks Laks deyib: "Suriyada islamçılar hakimiyyətdə olduğu və BAMF ölkədəki acınacaqlı vəziyyəti görməzdən gəldiyi bir vaxtda Suriyaya qayıtmaq üçün təşviqlərin artırılmasını müzakirə etmək dəlilikdir".

Kansler 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra suriyalıların Almaniyada sığınacaq üçün müraciət etmələri üçün heç bir səbəb olmayacağını açıqlayıb. Berlin hökuməti müraciətlərin əksəriyyətinin dayandırıldığını bildirib.

Merz həmçinin mart ayında Berlində Suriya prezidenti Əhməd Şara ilə görüşdən sonra ölkədəki 900 mindən çox suriyalının 80 faizinin üç il ərzində vətənlərinə qayıdacağını bildirib.

Almaniya Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildən bəri könüllü olaraq ölkələrinə qayıdan suriyalıların sayı 10 mini keçməyib.

Chosen
38
hafta.az

1Sources