Çin "Şençjou-23" kosmik gəmisinin buraxılışını həyata keçirib.
Oxuməni.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Buraxılış ölkənin şimal-qərbində yerləşən Ciyuçüan kosmodromundan həyata keçirilib. Gəmi daşıyıcı raketi uğurla tərk edərək təyin olunmuş orbitə çıxıb. Ekipaj özünü yaxşı hiss edib.
Missiyanın komandiri 39 yaşlı Çju Yançju olub. O, 2023-cü ildə "Şençjou-16" komandasının tərkibində stansiyaya uçub və o zaman orbitdə beş ay qalıb. Onunla birlikdə ekipaja pilot Çjan Çiyüan və faydalı yük üzrə mütəxəssis Li Ciyin daxil olub. O, Çinin dördüncü kosmonavt dəstəsindən "Tyanqonq"a gedən ilk nümayəndəsi olub.
Yeni ekspedisiya zamanı ekipaj üzvlərindən biri stansiyada bir illik qalma təcrübəsi aparacaq. Hazırda "Tyanqonq"da 1 noyabr 2025-ci ildə oraya gəlmiş "Şençjou-21" ekipajı işləməyə davam edir.
"Şençjou-23" ekipajı kosmik biologiya, kosmik materialşünaslıq, mikrogravitasiya altında mayelərin fizikası, kosmik tibb və yeni aerokosmik texnologiyalar sahələrində 100-dən çox yeni elmi və tətbiqi layihə həyata keçirəcək, xüsusilə dərin tədqiqatlara və yoxlamalara diqqət yetirəcək.
Almaz Həsənli