EN

Pakistan 373 əfqan məhbusu azad edib

Bakı, 25 may, AZƏRTAC

Pakistan son üç gündə 373 əfqan məhbusu azad edərək ölkəsinə qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhbuslar Spin Boldak və Torxam sərhəd keçid məntəqələri vasitəsilə ölkəyə daxil olublar.

Məlumata görə, geri qayıdan şəxslərə humanitar yardım göstərilib, daha sonra reinteqrasiya məqsədilə yaşadıqları vilayətlərə göndəriliblər. Əfqanıstan hökuməti xaricdə yaşayan qaçqınları ölkəyə qayıdaraq dövlətin bərpasına töhfə verməyə çağırıb.

Chosen
35
3
azertag.az

4Sources