EN

Qalib Əbdüləliyev: 6 aylıq heyvanların əti keyfiyyət baxımından uyğun deyil

BAKI, 25 may. TELEQRAF

6 aylıq heyvanların kəsilməsi və istifadəsi yolverilməzdir, vətəndaşlara belə heyvanları kəsməməyi tövsiyə edirik.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı münasibəti ilə AQTA-da keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin heyvanların ətinin keyfiyyəti 12 aylıq heyvanların ətinin keyfiyyətindən nəzərəçarpacaq dərəcədə fərqlənir.

"Bəzən insanlar qurban kəsmək adı ilə 6 aydan kiçik heyvanları da kəsirlər. Amma bunu etmək olmaz", - o vurğulayıb.

Chosen
14
teleqraf.com

1Sources