EN

Bəqai: İran XİN yol qəzasında həlak olan diplomatın nəşinin göndərilməsi üçün Azərbaycan səfirliyi ilə təmasdadır


İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.

O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib.

XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.

Chosen
22
6
apa.az

10Sources