Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza mayın 20-də qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "Daewoo Gentra" markalı minik avtomobili ağaca çırpılıb.
Hadisə zamanı Səid Aydınov həyatını itirib, yaralanan digər şəxs isə xəstəxanaya yerləşdirilib.
Seymur Əli