Deputat Günay Ağamalının “uşaqpulu” ilə bağlı fikirlərini tənqid etdiyi üçün Naxçıvanın “Şərq qapısı” qəzetinin əməkdaşı Elnurə Cəfərovanın töhmət alaraq işdən çıxarılması ilə bağlı yayılan xəbərlər şayiədir.
Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini Məmməd Babayev deyib.
O, sosial şəbəkədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib: “Nə töhmət alıb, nə də işdən qovulub. Yayılan məlumat doğru deyil”.
Şəhanə Quliyeva
Tarix: 25 May 2026, 12:36