Qərbin dəstəyi fonunda Ukraynanın hücum imkanları daha da genişlənib. ABŞ-ın Ukraynaya yeni silah partiyaları göndərməsi müharibənin miqyasını və dağıdıcı potensialını artırır. Müharibə artıq daha təhlükəli və dağıdıcı mərhələyə keçir.
Yaxın dövrdə Ukraynanın Moskvaya daha güclü zərbələr endirməsi ehtimalı artır. Bununla belə, Rusiyanın həyata keçirdiyi genişmiqyaslı hücumların onun hərbi planlarını tam şəkildə təmin edəcəyi gözlənilmir.
Danışıqlar masasına oturmaq istəməyən Rusiya prezidenti Vladimir Putin yeni və gözlənilməz təzyiqlərlə üzləşə bilər.
ABŞ ilə Rusiya arasında danışıqların nəticəsiz qalması müharibənin uzanmasına səbəb olur. Rusiya Ukraynanı tükəndirmə strategiyasını davam etdirsə də, Ukrayna hər keçən gün daha müasir və dağıdıcı silahlarla Rusiyaya qarşı hücum imkanlarını genişləndirir. Artıq Ukraynanın əsas strateji hədəflərindən biri paytaxt Moskva olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31