EN

Bundestaqın nümayəndə heyətinin Tayvana səfəri Çinin narazılığına səbəb olub

Berlin, 25 may, AZƏRTAC

Çin Almaniya Bundestaqının nümayəndə heyətinin Tayvana səfərini tənqid edib.

AZƏRTAC “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyi bu ölkənin diplomatik tərəfdaş dövlətlərin Tayvanla hər hansı rəsmi təmas formasına daim qarşı çıxdığını açıqlayıb. Nazirlik Almaniya tərəfini “vahid Çin” prinsipinə əməl etməyə çağırıb. Pekin rəhbərliyi Tayvanı öz ərazisinin bir hissəsi hesab edir.

Bundestaqın beş nəfərlik nümayəndə heyəti həftəsonu Taypeyə gəlib. Almaniyanın Tayvanla diplomatik münasibətləri olmasa da, onunla intensiv iqtisadi, mədəni və elmi əməkdaşlıq əlaqələri mövcuddur.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Chosen
6
1
azertag.az

2Sources