EN

Premyer Liqa klubları portuqaliyalı ilə maraqlanır

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş klubu tərk edə bilər.

Futbolpress.az-ın məlumatına görə, portuqaliyalı qolkiper bölgə təmsilçisi ilə yeni müqavilə imzalamaq niyyətində deyil. O, I liqada çıxış etmək istəmir və bu səbəbdən təklifləri dəyərləndirəcək.

“İmişli” və “Araz-Naxçıvan” Pedronun xidmətində maraqlıdır. Lakin qapıçı ilə danışıqlar hələ başlamayıb.

“İmişli”də qolkiper Andrey Sinenka, “Araz-Naxçıvan”da isə Kristian Avramla yolların ayrılması gündəmdədir. Klublar əvəzləyici kimi Pedro variantını nəzərdən keçirir.

Mateuş 2025/26 mövsümündə Premyer Liqada 19 oyunda 35 qol buraxıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
futbolpress.az

1Sources