EN

“TVM İnşaat”: Layihələr vaxtında və qüsursuz təhvil veriləcək - VİDE+FOTO

 Füzuli rayonunun Dövlətyalı kəndində genişmiqyaslı yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir.  Kəndin “ağıllı kənd” konsepsiyası əsasında qurulur. Layihənin ilk mərhələsində 450 fərdi yaşayış evinin tikintisi “TVM İnşaat” şirkəti tərəfindən həyata keçirilir. 

Geniş və açıq ərazini əhatə edən yeni salınan yaşayış massivində demək olar ki, işlərin çox hissəsi görülüb. “TVM İnşaat” şirkətinin icraçı nümayəndəsi Kənan Əliyev əməkdaşımızla söhbətində bildirib ki, "yeni salınan yaşayış massivində bütün şərait qurulur. Vətəndaşlarımızın rahat yaşaması üçün  məktəb, uşaq bağçası, bazar, meydan və digər sosial infrastruktur obyektləri də bu yaşayış massivndə inşa olunur. Həyata keçirilən bütün layihələr yüksək keyfiyyətlə həyata keçirilir və bir neçə ayda təhvil veriləcək. Dövlətyalı kəndinin yenidən qurulması Qarabağda həyata keçirilən böyük qayıdış dövlət  proqramının tərkib hissəsidir və gələcəkdə yüzlərlə ailələrin doğma yurdlarına qayıdışına, dövlətimiz tərəfindən böyük şəraitin yaradılmasıdır. Bunun üçün də Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya eləcə də Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynova minnətdarlığımızı bildiririk..."

Şirkətin sahə rəisi isə qeyd edib ki, "kənddə alternativ enerji mənbələrindən istifadə edilməklə müasir su, qaz, elektrik və rabitə şəbəkələri qurulur. Daxili yollar və mühəndis-kommunikasiya xətləri də salınır. Tikinti prosesində işlər plan üzrə davam edir və artıq birinci layihənin yekunlaşdırılması mərhələsinə yaxınlaşırıq. Həmçinin işçilərin əməkhaqqı və yaşayış şəraiti ilə bağlı bütün məsələlərin rəhbərliyin xüsusi nəzarətindədir. Dövlətyalı kəndində aparılan quruculuq işləri bölgənin müasir yaşayış məntəqəsinə çevrilməsi istiqamətində dövlətimiz mühüm addım atır. Bizlər də üzərimizə düşən bu mühüm tapşırığı layiqincə, şəffav şəkildə həyata keçirilməsinə nail oluruq.

Ətraflı məlumat Ekologiya.az-ın əməkdaşının hazırladığı videosujetdə:





Chosen
13
ekologiya.az

1Sources