EN

Maşınları heçə sayıb iki zolağın ortasıyla sürdü 77 VR 065 VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 24-də saat 13:18 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 77-VR-065 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü hərəkət zamanı təhlükəli manevrə yol verib. Belə ki, önündəki nəqliyyat vasitələrini ötməyə çalışan sürücü hərəkət etdiyi zolağı tərk edərək iki zolağın ortasıyla irəliləyib. Maraqlısı isə odur ki, sürücü bir neçə avtomobili geridə qoymağa çalışsa da, qarşıdakı işıqforun qırmızı işığında digər nəqliyyat vasitələri ilə birlikdə dayanmalı olub.

Bu cür manevrlər həm digər hərəkət iştirakçıları üçün qəza riski yaradır, həm də yolda təhlükəli vəziyyətin formalaşmasına səbəb olur. Qanunvericiliyə əsasən, sürücülər manevr və zolaq dəyişmə zamanı yol hərəkəti təhlükəsizliyini təmin etməli, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmamalıdırlar.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
avtosfer.az

1Sources