EN

Hindistan yerli istehsal olan 1000-ci T-90 tankını buraxıb

Hindistanda yığılan 1000-ci T-90 Bhishma əsas döyüş tankı bu yaxınlarda Hindistanın cənubundakı Çennai şəhəri yaxınlığındakı Avadi şəhərində yerləşən Heavy Vehicles Factory zavodunda istehsal edilib. Bu, 20 ildən çox əvvəl Rusiya dizaynları və idxal olunmuş komponentlərlə başlayan genişmiqyaslı istehsal dövrünün başa çatmasıdır.

Herbiand.az bildirir ki, bu barədə Defence Blog nəşri xəbər verir.

Məqalədə qeyd olunur ki, tankın təxminən 80%-i Hindistanda lokallaşdırılıb, o cümlədən tamamilə yerli olaraq hazırlanmış və istehsal olunmuş mühərrikdən istifadə olunub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
15
herbiand.az

1Sources