2026-cı il mayın 22-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən “Münaqişədən sonrakı ərazilərdə mənzil təminatı və davamlı icmalar” mövzusunda tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Meksikanın Azərbaycandakı səfiri Maria Victoria Romero Caballero, millət vəkilləri, ekspertlər və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Panel müzakirələrində daha ədalətli, təhlükəsiz və inklüziv şəhərlərin qurulması və bu prosesdə qadınların rolu müzakirə olunub. Xüsusilə şəhərsalma sahəsində qadınların qərar qəbuletmədə iştirakı, ehtiyaclara əsaslanan planlaşdırma və qadınların məşğulluq problemləri diqqət mərkəzində olub.