EN

"3-5 nəfər yaxşı nəticə göstərsə, mən sevinərəm" - Ekspert blok imtahanlarından DANIŞDI

"Ötən gün 2 və 3-cü qruplar üçün keçirilən blok imtahanının 1-ci mərhələsinin sakit şəkildə ötüşməsi ictimai qınaqla əlaqəlidir. Buraxılış imtahanları çox sərt tərtib olunmuş suallarla müşahidə olundu və bu, çox ciddi bir narazılıq yaratmışdı. Yaxşı ki, blok imtahanlarında bir qədər abituriyentləri qane edəcək səviyyədə suallar düşüb. İmtahandan çıxanlar əvvəlki buraxılış imtahanındakı kimi narazı deyillər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli səsləndirdi.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə keçid ballarının necə dəyişəcəyi imtahanlar tamamilə yekunlaşandan sonra məlum olacaq:

"Amma ilk başdan "TikTok" qəhrəmanları kimi proqnozlar vermək fikrində deyiləm. Bir qədər səbir və zamana ehtiyac var. Buraxılış imtahanında belə görünürdü ki, bu ilin keçid balları çox aşağı düşəcək. Amma indi görürük ki, blok imtahanlarında vəziyyət nizamlanıb. Onu proqnozlaşdıra bilərəm ki, bu il 700 bal gözləyənlər əvvəlki illərdəki kimi geniş, çoxsaylı 700 balları müşahidə etməyəcəklər. Ən yaxşı halda 3-5 nəfər yaxşı nəticə göstərsə, mən sevinərəm. Söhbət maksimum baldan gedir".

Aytəkin TOFİQQIZI

Chosen
16
1
redaktor.az

2Sources