ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda iyunda keçiriləcək parlament seçkisində müxalifət qalib gəlsə, Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq alması qadağan ediləcək.
“AzPolitika” xəbər verir ki, erməni mediası bununla bağlı milyarder Samvel Karapetyanın açıqlamalarını dərc edib.
Kremlin emissarı olan Karapetyan söz verib ki, onun başçılıq etdiyi partiya seçkidə qələbə qazansa, yeni hökumətin elə ilk iclasında Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak alması qadağan ediləcək.
O, növbəti dəfə Robert Koçaryan və digər ruspərəstlərin tezislərini təkrarlayaraq iddia edib ki, Nikol Paşinyan 300 min azərbaycanlını Ermənistana qaytarmağı planlaşdırır. Baxmayaraq ki, Paşinyan özü dəfələrlə bu məlumatı təkzib edib.
Xatırladaq ki, bundan öncə Karapetyan qalib gələcəyi təqdirdə “Azərbaycanın problemlərini artıracağını” vəd edib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.