Müğənni Rəvan Qarayev sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, sənətçi gəlinlə birlikdə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşımda maraq doğuran məqamlardan biri isə gəlinin üzünün gizlədilməsi olub.
Fotodan məlum olub ki, məkanlardan birində kiçik məclis təşkil edilib. Görüntü sosial mediada qısa zamanda müzakirələrə səbəb olub.
Xatırladaq ki, Rəvan Qarayev bir neçə gün əvvəl üçüncü dəfə ailə qurmağa hazırlaşdığını açıqlamışdı. Müğənni toy mərasiminin yalnız yaxın çevrəsinin iştirakı ilə keçiriləcəyini bildirmişdi.