EN

İTV həmin kadrları efirə vermədi Video

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, "Maska" şousunda münsif kürsüsündə əyləşən müğənni Nigar Camal ilə iştirakçılardan biri arasında gərgin anlar yaşanıb. Bu haqda Nigar paylaşım edərək, "Bilmirəm, bu kadrları kəsəcəklər, ya yox. Amma çəkiliş zamanı elə də xoş olmayan bir hadisə baş verdi" sözlərini yazıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, ötən gün həmin iştirakçının “Pişik” obrazında çıxış edən Əməkdar artist Şölə Səfərəliyeva olduğu məlum olub.

Lakin İctimai TV iştirakçı ilə münsif arasında yaşanan mübahisəli görüntüləri efirə verməyib. Həmin kadrların yayımlanmasına icazə verilmədiyi bildirilib.

Əldə etdiyimiz məlumata görə, mübahisəyə səbəb münsiflərdən birinin Şölə Səfərəliyevanın adını çəkdiyi zaman Nigar Camalın onun tanınmış olmaması ilə bağlı səsləndirdiyi fikirlər olub.

Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, eləcə də müğənnilər Nigar Camal və Murad Arif yer alıblar.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
axsam.az

1Sources