EN

İran ordusu hərbi imkanlarını gücləndirməyə davam edir

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib ki, Tehran hərbi texnikasını müasir standartlara uyğunlaşdırmaq və hərbi imkanlarını qorumaq istiqamətində fəaliyyətini davam etdirir.

"Al Alam TV"-nin yaydığı məlumata görə, Abdullahi “Avadanlıqlarımızın müasir standartlara uyğun yenilənməsi prosesi fasiləsiz davam edir” deyib.

O əlavə edib ki, İran bütün hərbi imkanlarını qoruyub saxlayır və “düşmənlərə qarşı mübarizəni sona qədər davam etdirərək onları məğlub etməkdə qərarlıdır”.

Chosen
15
aznews.az

1Sources