EN

65 yaşında universitet məzunu oldu

Afyonkarahisar şəhərində yaşayan 65 yaşlı təqaüdçü məmur Şərifə Yeşilyurt illərdir qurduğu universitet təhsili arzusunu gerçəkləşdirib.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, məzuniyyət sevincini bölüşən Yeşilyurt bildirib ki, diplomunu çərçivəyə saldıraraq evinin ən gözəl yerindən asacaq:

“Çox xoşbəxtəm. Arzuma çatdım. Artıq mən də universitet məzunuyam”.

Yeşilyurtun oğulları da analarının sevincinə şərik olaraq onu bu uğuru münasibətilə təbrik ediblər.

Chosen
16
azedu.az

1Sources