EN

İran hərbi texnikasını modernləşdirmək üçün addımlar atır




İran hərbi texnikasını modernləşdirmək üçün addımlar atır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın Xatəmül-Ənbiya Qüvvələri Mərkəzi Qərargahının qərargah rəisi Əli Əbdüllahi bildirib. O deyib ki, Tehran
hərbi potensialını - ordusunu qorumaq üçün lazım olan hər şeyi edir.

"İran düşmənin hava hücumlarını daha effektiv şəkildə dəf etmək üçün yeni hava hücumundan müdafiə sistemləri yerləşdirmək niyyətindədir. Düşmənin hava hücumlarına daha effektiv şəkildə qarşı çıxmaq üçün yeni hava hücumundan müdafiə sistemlərini işə salacağıq", -deyə o, bildirib.


O deyib ki, avadanlıqlarımızın müasir tələblərə uyğun olaraq modernləşdirilməsi prosesi davam edir:

"Bütün [hərbi] potensialımız toxunulmaz olaraq qalır. Düşmənlərimizə qarşı mübarizəni sona qədər davam etdirmək və onları məğlub etmək niyyətindəyik".

Şeyda

Chosen
14
newscenter.az

1Sources