EN

Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? Araşdırma

ain.az, Lent az portalına istinadən məlumat verir.

Harvard Medical School və Beth Israel Deaconess Medical Center tərəfindən aparılan yeni araşdırma süni intellektin tibbdə istifadəsi ilə bağlı gözlənilməz nəticələr ortaya qoyub və həkimlərin gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar müasir süni intellekt modellərinin bəzi hallarda ilkin diaqnozu praktik həkimlərdən daha dəqiq müəyyən edə biləcəyini göstərir.  Həkim səhvlərinin artması və səhiyyə sisteminə etimad böhranı fonunda pasiyentlər tibbi rəyləri yoxlamaq üçün AI xidmətlərindən getdikcə daha çox istifadə etməyə başlayırlar.

Eksperimentlərdən birində süni intellekt iki terapevt həkimlə müqayisə olunub. Bunun üçün bir xəstəxananın qəbul şöbəsindən götürülmüş 76 real hadisədən istifadə edilib. Qiymətləndirmə “kor” formatda aparılıb — ekspertlər diaqnozu kimin qoyduğunu, insanın yoxsa AI modelinin olduğunu bilməyiblər.

Pasiyentlərin ilkin çeşidlənməsi mərhələsində AI modeli halların 67 faizində düzgün və ya düzgünə yaxın diaqnoz təklif edib. Həkimlərdən biri 55 faiz, digəri isə 50 faiz nəticə göstərib. 

Tədqiqatçılar bildiriblər ki, süni intellektin üstünlüyü xüsusilə həkimlərin vaxtının az və pasiyent haqqında məlumatın məhdud olduğu hallarda daha aydın görünür.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
lent.az

1Sources