EN

Serbiya Prezidenti istefa verə biləcəyini açıqlayıb

Bakı, 25 may, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiç səlahiyyət müddətinin sonu yaxınlaşdıqca istefa verə biləcəyini açıqlayıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, o, bu barədə Çinə səfəri zamanı açıqlama verib.

Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın Prezidenti seçilib və 2022-ci ildə seçkilərdə yenidən qalib gəlib. Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır.

Daha əvvəl, mayın 21-də Vuçiç ölkədə parlament seçkilərinin payızda - sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcəyini açıqlamışdı. Bu arada, Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç hakim Serbiya Tərəqqipərvər Partiyasının qarşıdan gələn parlament seçkilərində Vuçiçi baş nazirliyə namizəd kimi irəli sürməyi planlaşdırdığını bildirib.

Chosen
4
2
azertag.az

3Sources