EN

“Ermənistan regiondakı güc balansını nəzərə almalıdır” ŞƏRH

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“Ermənistan təəssüf ki, tam müstəqil qərar verən tərəf kimi çıxış etmir. Paşinyan hakimiyyətə 2018-ci ildə gələndə səsləndirdiyi şüarları hər kəs xatırlayır. Lakin sonrakı dövrdə onun və komandasının əvvəlki yanaşmalarında dəyişikliklər müşahidə olunur və müəyyən səhvlərin dərk edildiyi görünür”.

Gununsesi.info  bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“Dəmir yumruq siyasəti bir daha göstərdi ki, Azərbaycana qarşı təcavüzkar addımların nəticəsi ağır ola bilər. Avropada müxtəlif nümunələr mövcuddur: Fransa ilə Almaniya, eləcə də Fransa ilə Britaniya arasında keçmişdə böyük müharibələr olub, sonradan isə münasibətlər fərqli mərhələyə keçib və bəzi mübahisəli məsələlər zamanla həll olunub.

Ermənistan da bunu nəzərə almalıdır. Kiçik əraziyə və az saylı əhaliyə malik bir ölkə olsa belə, yerləşdiyi bölgədə böyük güclərin maraqlarını nəzərə almadan siyasət yürüdərsə, bu, onun üçün risklər yarada bilər. Əksinə, Türkiyə və Azərbaycanla münasibətlərdə qarşılıqlı yanaşma nümayiş etdirərsə, Cənubi Qafqazda daha sabit mövqe qazana bilər.

Bu qurum əvvəl Rusiya imperiyası dövründə formalaşmış bir ərazi vahidi kimi meydana gəlib, hazırda isə Birləşmiş Millətlər Təşkilatının üzvü kimi fəaliyyət göstərir. Əgər bu reallıq düzgün qiymətləndirilməzsə, gələcəkdə çətinliklər yarana bilər.

Eyni zamanda, Paşinyan hakimiyyətinin seçkilərdə qalib gələrək sülh gündəliyinə yaxınlaşacağı və Azərbaycanın irəli sürdüyü sülh təkliflərinə daha açıq yanaşacağı gözlənilir. Lakin hansı hakimiyyət olursa olsun, xarici güclərin Cənubi Qafqaza müdaxiləsinə şərait yaradılmamalıdır. Çünki bu, bölgədə sabitlik üçün əlavə risklər yarada bilər”.

Şəbnəm

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
icma.az

1Sources