EN

Qüdrət Həsənquliyev Arzu Şirinovanı təbrik edib

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın İdarə Heyətinin üzvü Arzu Şirinovanı 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Dəyərli Arzu xanım!

Siz, siyasi fəaliyyətiniz boyu daim birləşdirici missiya daşımağa çalışmış, qurucu üzvlərimizdən olaraq, partiyamızın inkişafı üçün səy göstərmisiniz.

Uzun illər jurnalist fəaliyyətinizdə də peşəkar yanaşmanız, maraqlı yazılarınızla yadda qalmısınız.

İnsan kimi səmimiyyətiniz, güclü xarakterə sahib olmağınız, tutduğunuz yola, əqidənizə sadiqliyiniz hər kəs üçün nümunədir.

Sizi yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram!”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
icma.az

1Sources