EN

Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb

Bakının Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub.

Eyni zamanda "5.14" – "minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında "3.28" - "durmaq qadağandır" nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

Chosen
1
21
far.az

10Sources