EN

Qusarda əmək yarmarkası: 59 boş iş yeri, 1500 manatadək maaş

Azertag saytına istinadən ain.az xəbər verir.

Qusar, 25 may, AZƏRTAC

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə Qusarda keçirilən əmək yarmarkasında işaxtaranlara 59 boş iş yeri təklif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təklif edilən işlərdə əməkhaqqı 400-1500 manat aralığında olub.

Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən əmək yarmarkasının əsas məqsədi işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.

Təklif edilən iş yerləri əsasən kredit mütəxəssisi, satış meneceri, kassir, mühasib, anbardar, qeydiyyatçı, fəhlə və digər peşə və ixtisaslar üzrə olub. Tədbirin gedişatında işəgötürənin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.

Vakansiyalara dair tələblər təhlil olunaraq, işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 400-dən çox vətəndaş dinlənilib. Tədbir zamanı 116 vətəndaşın müraciəti qeydə alınıb.

Müxbir - Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
azertag.az

3Sources