EN

Təranə Vəliyeva: Yaradıcılıq məşğələləri uşaqlarda özünəinam hissi yaranmasına kömək edir

Bakı, 25 may, AZƏRTAC

AZƏRTAC yaradıcı fəaliyyətlərin uşaqlara müsbət təsiri ilə bağlı mədəniyyət və incəsənət sahələrinin nümayəndələri ilə silsilə müzakirələrini davam etdirir. Bu dəfə qonağımız “27 qm” qalereyasının təsisçisi Təranə Vəliyevadır. O, yaradıcılıq məşğələlərinin uşaqlarda özünəinamın inkişafına kömək etdiyini və valideynlərlə uşaqların birlikdə vaxt keçirməsi üçün gözəl bir yol olduğunu bildirib.

“Müşahidələrimə görə, valideynlər uşaqları ilə vaxt keçirmək üçün kifayət qədər vaxt ayırmaqda tez-tez çətinlik çəkirlər. Lakin bu, uşağın potensialının inkişafına əhəmiyyətli dərəcədə töhfə verir. Bu müşahidələrə əsasən, həm uşaqlar, həm də onların valideynləri üçün eyni dərəcədə uyğun olan ustad dərsləri təşkil etdim”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, yaradıcı fəaliyyətlər yetkin insanlara da faydalı təsir göstərir.

“Bu yaxınlarda insanların rəsm çəkməyi niyə sevdiyini anlamağa kömək edən məlumatlarla qarşılaşdım. Rəsm çəkmək stresi aradan qaldırır, sevinc və məna hissi yaradır. Yaradıcılığın yetkinlərə bəxş etdiyi məhz bu hisslərdir”, - deyə T. Vəliyeva vurğulayıb.

Müxbir - Anara Axundova

Chosen
7
1
azertag.az

2Sources