EN

İsrail Cənubi Livanı vurmağa hazırlaşır: Onlarla kənd təxliyə edilir

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətində yerləşən 10 yaşayış məntəqəsinin sakinlərinə təcili evakuasiya çağırışı edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun ərəbdilli nümayəndəsi Avixay Edri sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, “Hizbullah” atəşkəs razılaşmasını pozmağa davam etdiyi üçün İsrail ordusu yaxın vaxtlarda həmin ərazilərə hava zərbələri endirəcək.

“Biz “Hizbullah”a qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Təhlükəsizliyiniz naminə evlərinizi dərhal tərk edin və yaşayış məntəqələrindən ən azı bir kilometr uzaqlaşın”, - deyə o vurğulayıb.

"Hizbullah" ilə bağlı vəziyyətin gərginləşməsi fonunda bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyi bildirilir.

Chosen
22
publika.az

1Sources