EN

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşdı - SON DƏQİQƏ

«Qarabağ»dan ayrılan futbolçuların sayı 4-ə çatıb. Premyer Liqanın vitse-çempionu Toral Bayramovla vidalaşmağı qərara alıb. Bu barədə saytımıza müdafiəçinin yaxınları məlumat verib. Onların bildirdiyinə görə, Ağdam təmsilçisi 25 yaşlı futbolçunu satışa çıxarıb. «Köhlən atlar» onlarla müqaviləəsi 2027-ci ilin yayında bitəcək cinah oyunçusuna özünə komanda tapmağı tapşırıb.
«Xəzər Lənkəran»ın yetirməsi 2018-ci ildən «Qarabağ»ın formasını geyinir. O, bu mövsüm əsas heyətdəki yerini itirib. Elvin Cəfərquliyevin kölgəsində qalan Toral Bayramov yalnız axır 1 ayda - onun intizamsızlığa görə komandadan uzaqlaşdırılmasından sonra şans qazanmağa başlayıb.
SPORTİNFO.AZ

Chosen
19
sportinfo.az

1Sources