EN

Deputatların gündəm olan SÖZLƏRİ

Deputatların ictimai çıxışları zaman-zaman cəmiyyətdə narazılıq və geniş müzakirələrə səbəb olur.

Bəzi hallarda isə səsləndirilən fikirlər sanki ictimaiyyətdə qıcıq və etiraz yaratmağa yönəlmiş kimi qəbul edilir. Bu cür açıqlamalar sosial şəbəkələrdə sürətlə yayılaraq geniş rezonans doğurur və ictimai rəyin gündəminə çevrilir.

AZXEBER.COM müxtəlif dövrlərdə bəzi ifadələri ilə gündəmə gələn deputatların çıxışlarını bir araya toplayıb.

Həmin ildə Milli Məclisin keçmiş deputatı Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlılarla bağlı işlətdiyi ifadələr də böyük qalmaqala səbəb olmuşdu. O, Rusiyaya işləməyə gedən vətəndaşları cəmiyyətin "otxodları” adlandırmışdı.

Sabiq deputat Hadı Rəcəblinin 2015-ci ildə müəllimlərlə bağlı verdiyi açıqlama da birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”. Deputat daha sonra Lənkəranın Veravul kəndində yaşayan və həm müəllimlik, həm də ustalıq etdiyini dediyi bir şəxsi nümunə göstərmişdi.

Milli Məclisin sabiq vitse-spikeri Bahar Muradova isə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı "xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” sözləri ilə diqqət mərkəzinə düşmüşdü. O isə sonradan mediaya açıqlamasında belə bir fikir səsləndirmədiyini bildirib.


Milli Məclisin deputatı Siyavuş Novruzovun 2024-cü ildə "Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər” açıqlaması da ictimai narazılıq yaratmışdı.

2018-ci ildə deputat Aqil Abbasın "evimin qarşısındakı marketə 300 manat borcum var” fikirləri də sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Onun digər "Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni” açıqlaması isə ictimaiyyətdə ironik reaksiyalar doğurmuşdu.

Müşahidələr göstərir ki, cəmiyyət xüsusilə sosial rifah, yaşayış səviyyəsi və gündəlik çətinliklərlə bağlı verilən açıqlamalara daha həssas yanaşır. Bu səbəbdən deputatların ictimai çıxışlarında istifadə etdiyi ifadələr təkcə siyasi yox, sosial reaksiyalara da səbəb olur.

Chosen
2
hit.az

1Sources