EN

“Yolda qalmaq qorxusu Elektromobil bazarında durğunluq dərinləşir EKSPERT

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Təklif məhdud olduğuna görə tələbatdakı nisbi azalma qiymətlərə kəskin təsir göstərmir"

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34%-ə yaxın artaraq 404 ədədə çatıb. Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib ki, hesabata əsasən, dövr ərzində idxal edilən elektrikli avtomobillərin ümumi dəyəri isə 48%-ə yaxın azalaraq 10 milyon 693.31 min dollar təşkil edib. Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı 609 ədəd, ümumi dəyəri isə 20 milyon 411.30 min dollar olub.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov Sherg.az-a bildirib ki, Azərbaycanda elektromobillərə marağın azalmasının əsas səbəbi infrastruktur problemləridir. Onun sözlərinə görə, hazırda elektromobillər üçün həyati əhəmiyyət daşıyan enerji doldurma məntəqələrinin həm sayı azdır, həm də ölkə üzrə balanslı şəkildə yerləşdirilməyib:

“Bu gün mövcud enerji doldurma stansiyalarının böyük hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Paytaxt daxilində gündəlik istifadə üçün müəyyən imkanlar yaransa da, bölgələrə səfər zamanı ciddi çətinliklər ortaya çıxır. Rayonlarda və ucqar ərazilərdə enerji doldurma məntəqələrinin sayı çox məhduddur. Üstəlik, bəzi stansiyalarda elektrik təminatı ilə bağlı fasilələr yaşanır və ya texniki problemlər səbəbindən onlar işlək vəziyyətdə olmur. Bu isə sürücülərdə “yolda qalmaq” qorxusu yaradır və elektromobil seçimində tərəddüdlərə səbəb olur”.

Ekspert hesab edir ki, bazardakı durğunluğun digər mühüm səbəbi qiymət siyasəti və dövlət güzəştlərinin başa çatmasıdır: “Əvvəlki illərdə tətbiq edilən vergi və gömrük güzəştləri elektromobilləri alıcılar üçün daha əlçatan və sərfəli etmişdi. Bir sıra rüsumlardan azadolmalar bazarda ciddi canlanma yaratmışdı. Lakin həmin güzəştlərin müddəti başa çatdıqdan sonra qiymətlər yenidən artdı və elektromobillərin əvvəlki qiymət üstünlüyü aradan qalxdı. Bu da istehlakçı qərarlarına birbaşa təsir etdi və nəticədə həm idxal, həm də satış tempində azalma müşahidə olunmağa başladı”.

E. Cəfərov bildirib ki, ikinci əl elektromobil bazarında maraq tam itməsə də, əvvəlki dinamika zəifləyib: “Hazırda işlənmiş elektromobillərin alqı-satqısı davam edir, lakin bazarda ümumi aktivlik əvvəlki dövrlə müqayisədə aşağıdır. Bununla belə, qiymətlərdə ciddi dəyişiklik müşahidə edilmir. Çünki daxili bazarda ikinci əl elektromobillərin sayı hələ də çox azdır. Təklif məhdud olduğuna görə tələbatdakı nisbi azalma qiymətlərə kəskin təsir göstərmir. Bu seqmentdə qiymətlər əsasən sabit qalır”.

Ekspertin fikrincə, hazırkı vəziyyət uzunmüddətli böhran deyil və elektromobil bazarında müşahidə olunan passivlik müvəqqəti xarakter daşıyır: “Problemlərin həlli istiqamətləri bəllidir. Gələcəkdə dövlət proqramları və özəl sektor investisiyaları hesabına enerji doldurma şəbəkəsi genişləndikcə elektromobillərə maraq yenidən artacaq. Hazırkı durğunluq bazarın daha inkişaf etmiş və dayanıqlı mərhələyə keçid dövrü kimi qiymətləndirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
sherg.az

1Sources