EN

Samuxda yeni qaz xətləri çəkilir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Samux, 25 may, AZƏRTAC

Samux rayonunda qaz təsərrüfatının yenilənməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Gəncə Regional Qaz İstismar İdarəsinin Samux rayonu üzrə xidmət sahəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun müxtəlif ərazilərində müxtəlif diametrli yeni qaz xətləri çəkilərək abonentlərin istifadəsinə verilib. Samux şəhərinin Heydər Əliyev prospektində 1600 paqonmetr uzunluğunda, rayonun Lək kəndində isə 200 metr uzunluğunda 159 millimetrlik yeni qaz xətti çəkilib. 632 abonentin mənzilində istismar müddəti bitmiş sayğaclar yenisi ilə əvəz edilib. Həmçinin 13 yeni tikilmiş evə qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib. 876 qaz sızması aşkarlanaraq aradan qaldırılıb.

Rayonda qaz təminatının keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin artırılması və itkilərin minimuma endirilməsi üçün işlər davam etdirilir.

Müxbir – Vüsalə Cənnətova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
azertag.az

1Sources